Blatterdən Suares açıqlaması

14:15 | 03.07.2014
Blatterdən Suares açıqlaması

Blatterdən Suares açıqlaması

FİFA-nın prezidenti Yozef Blatter Luis Suaresin İtaliya millisinin futbolçusu Cercio Kyellinidən üzr istəməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, uruqvaylı hücumçu DÇ-2014-də İtaliya ilə matçda Kyellinin çiynini dişləmişdi.

Y.Blatter deyib ki, Suares  üzr istəyərək çox düzgün addım atıb:

"Saures Kyellinidə üzr istədiyini söylədi. O, möhtəşəm bir oyunçu olduğunu göstərdi. Ümid ediəm ki, futbolçu karyerasına qaldığı yerdən davam edəcək".

Xatırladaq ki, Suares Corcio Kyellinin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan uzaqlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Qurumun Suaresin cəzasını yüngülləşdirəcəyi iddia edilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb