Bloomberg: “iPhone” 3D-skan vasitəsilə blokdan çıxarılacaq

15:00 | 04.07.2017
Bloomberg: “iPhone” 3D-skan vasitəsilə blokdan çıxarılacaq

Bloomberg: “iPhone” 3D-skan vasitəsilə blokdan çıxarılacaq

"Apple” şirkəti hazırda yeni texnologiyanın yeridilməsi üzərində çalışır, bu barədə Oxu.Az Bloomberg agentliyinə istinadən xəbər verir.

Agentliyin mənbəyə istinadən verdiyi məlumata əsasən, "iPhone”  istifadəçiləri indi sifətin 3D-skaneri vasitəsilə nəinki telefonu blokdan çıxara biləcəklər, eyni zamanda, yeni texnologiyadan ödənişlərin edilməsi və əlavə funksiyaların aktivləşdirilməsində istifadə edə biləcəklər.

Qeyd olunur ki, "iPhone”nun  skan etməsi üçün onu sifətə yaxınlaşdırmağa ehtiyac olmayacaq, telefon stolun üstündə olsa belə, 3D-skan baş tutacaq.  

Yeni texnologiyanın tətbiq olunacağı dəqiq vaxt hələ açıqlanmır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM