BMT Ukrayna qaçqınlarının sayını açıqladı

20:14 | 05.08.2014
BMT Ukrayna qaçqınlarının sayını açıqladı

BMT Ukrayna qaçqınlarının sayını açıqladı

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynanın şərqindəki qarşıdurmalar səbəbiylə 2014-cü ilin müvafiq dövrü ərzində təxminən 730 min vətəndaşın ölkəni tərk edərək Rusiyaya getdiyini açıqlayıb.BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa bölməsinin rəhbəri Vincent Cochetel daxili qarşıdurmaların yaşandığı Şərqi Avropa ölkəsindəki vəziyyətlə əlaqədar Cenevrədə açıqlama verib.ANN.Az  "Reuters"ə istinadən xəbər verir ki, Vincent Cochetel Ukraynadan Rusiyaya gedənlərin sayının 730 min ətrafında olduğunu bildirib və bu rəqəmə ticarət və turizm məqsədiylə edilən adi sərhəd keçidlərinin daxil olmadığını ifadə edib. BMT-yə görə ölkə daxilində evlərini tərk edənlərin sayı 117 min nəfərdir. Buna hər gün ortalama 1200 adam əlavə olunur. Ukraynadan ayrılıb Rusiya Federasiyası İmmiqrasiya Bürosuna müraciət edənlərin sayı da 168 min olaraq açıqlanıb. Ukraynanın şərqindəki şəhərlərdə müstəqillik və ya muxtariyyət tələbiylə aprel ayından başlayaraq işğal hərəkətlərinə başlayan Rusiya tərəfdarı olan separatçılar Ukrayna ordusuyla qarşıdurmaya girib. Başda Donetsk, Luhansk və Slavyanskda dəfələrlə əməliyyat təşkil edən Ukrayna ordusu bölgədə hələ ki, nəzarət tam olaraq təmin edə bilməyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb