Bolqarıstanda parlament seçkiləri keçirilir

14:16 | 04.04.2021
Bolqarıstanda parlament seçkiləri keçirilir

Bolqarıstanda parlament seçkiləri keçirilir

Bolqarıstanda 45-ci Xalq Məclisi deputatlarının seçkiləri keçirilir.
Bu barədə "Report” TASS-a istinadən xəbər verir.
Seçkilərdə təxminən 6,7 milyon vətəndaş səsvermə hüququna malikdir. Seçki məntəqələri Bolqarıstandan başqa həmçinin dünyanın 69 ölkəsində fəaliyyət göstərir.
Bugünkü siyasi marafonda 22 partiya və 8 seçki koalisiyasının nümayəndələri iştirak edirlər. Xalq Məclisində 240 yerə 6 895 namizəd iddialıdır.
Səsvermələrin gedişini 3,4 mindən çox müşahidəçi izləyir. Onlar arasında beynəlxalq müşahidəçilər, o cümlədən Azərbaycan təmsilçiləri də var. Səsvermənin nəticələri üç-dörd gün sonra məlum olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM