Anews.az xəbər verir ki, Cahad Hacıyev instaqram səhifəsində qadınlara qeyri-adi təbrik mesajı ünvanlayıb. O, paylaşdığı videoda "Əziz xanımlar, bayramınız mübarək! Nə yaxşı ki, həyatımızda varsınız. Bilirəm ki, qadın olmaq asan deyil, nə əziyyətlər çəkirsiniz. O əziyyətin bir faizini öz üzərimdə sınayacam” deyə bildirib.
Daha sonra isə o, ayağına tükləri təmizləmək üçün yapışdırdığı mum lentini çıxardaraq "Həqiqətən çox ağrıdı” deyə etiraf edib.
Qeyd edək ki, Xalq artistinin oğlu Türkiyədə təhsil alıb. O, Bakıda içki biznesi ilə məşğul olan şirkətdə çalışır.
(Publika.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !