"Brilliant əl" Bakıda belə çəkilib - FOTOLAR

18:32 | 15.06.2015

"Brilliant əl" Bakıda belə çəkilib - FOTOLAR

İncə ironiyalı komediya hələ də yumor hissi olan hər kəsi güldürməyi bacarır.

Bu gözəl filmi biz hamımız sevirik. "Brilliant əl" SSRİ dövründə birləşmiş bütün xalqların ürəyini fəth etmiş bir filmdir. ANS PRESS-in məlumatına görə, hələ də öz aktuallığını itirməyən komediyanın çəkiliş meydançasından kadrlar internetdə yayılıb.

1968-ci ildə çəkilmiş film Sovet kinosu tarixində komediya janrında çəkilmiş ən məşhur ekran əsərlərindən biridir. Rejissor Leonid Qaydayın filmi İncə ironiyalı komediya hələ də yumor hissi olan hər kəsi güldürməyi bacarır. Bu məşhur ekran işində ən məşhur "Çort poberi" ifadəsinin yer aldığı hissəsi məhz Azərbaycanın paytaxtında çəkilib. 

"Brilliant əl"in məzmunu belədir: Kollektivdə ən ciddi işçilərdən olan Semyon Semyonoviç Qorbunkov laynerdə xarici ölkələrdən birinə turist səfərinə gedir. Şərq ölkəsinə səfər zamanı o, təsadüfən sürüşərək qolunu əzir. Yıxılan zaman dediyi "Lənət şeytana" sözü, sən demə, qaçaqmalçıların parolu imiş. Beləliklə, onu tez gətirib qoluna gipslə qızıl və brilyantlar bağlayırlar. Bu zaman Semyon bir anlıq özünə gəlir və bu xəzinənin şahidi olur. Əsl qaçaqmalçı Geşa isə əslində, Qorbunkovun getdiyi gəmidə qonşu koyutdadır. Kontrabandaçılara hər şey aydın olandan sonra onlar elə bilirlər ki, Qorbunkovun qaçaqmaldan xəbəri yoxdur. Lakin Semyon Semyonoviç bütün olanları polisə xəbər verir.













www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb