Britaniya Azərbaycanada ən böyük xarici investor hesab olunur- NAZİR

11:55 | 30.05.2023
Britaniya Azərbaycanada ən böyük xarici investor hesab olunur- NAZİR

Britaniya Azərbaycanada ən böyük xarici investor hesab olunur- NAZİR

Birləşmiş Krallıq 34 milyard ABŞ dolları sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordu hesab olunur. Bunu energetika naziri Pərviz Şahbazov  tviter hesabında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə keçirilən görüşü zamanı bildirib.
 
Bildirilir ki, görüşdə tərəflər təmiz enerjiyə keçid istiqamətində, həmçinin Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.
 
2023-cü ilin yanvarında Azərbaycanın əsas kapitalına bütün maliyyə mənbələrindən 1,9 milyard manat vəsait yönəldilib ki, bu da 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 61,2% çoxdur.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında əsas kapitala yönəldilmiş vəsaitin 259,9 milyon manatı Böyük Britaniya, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Rusiya, Norveç, Fransa və İrandan xarici ölkələrin hesabına daxil olub.

Ümumilikdə, 2023-cü ilin yanvarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycana 279,7 milyon manat vəsait yönəldilib.
 
 
Aytac Zeynalova
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb