Brüssel hava limanının bərpasına aylar gedəcək

14:07 | 29.03.2016
Brüssel hava limanının bərpasına aylar gedəcək

Brüssel hava limanının bərpasına aylar gedəcək

Terror aktlarından sonra Brüssel beynəlxalq hava limanının tam bərpasına aylarla vaxt lazım olacaq.

 Trend TASS-a isrtinadən xəbər verir ki, bu barədə limanın direktoru Arno Feyst bildirib.

A.Feyst deyib ki, yaxın vaxtlarda hava limanı sərnişin hərəkətinin yalnız 20 %-ın bərpasını təmin edəcək: "Möcüzə gözləməyək. Uçuş zalında quraşdırılmış müvəqqəti infrastruktur normal sərnişin hərəkətinin ən cox 20 %-nı təmin edə bilər".

Qeyd edək ki, martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.

Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb