Brüssel və Paris terrorlarında əli olan şəxs saxlanıldı

11:00 | 27.03.2016
Brüssel və Paris terrorlarında əli olan şəxs saxlanıldı

Brüssel və Paris terrorlarında əli olan şəxs saxlanıldı

İtaliyanın Salerno əyalətində polislər Paris və Brüssel terrorunda şübhəli bilinən əlcəzairlini saxlayıblar. ANS PRESS-in ANSA agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs 13 noyabr 2015-ci il Parisdə və 22 mart 2016-cı il Brüsseldə terror aktları törədən silahlılar üçün saxta sənəd hazırlamaqda şübhəli bilinir. Adı açıqlanmayan əlcəzairlinin saxlanılmasına dair sərəncamı Belçika höküməti verib.

Daha əvvəl Belçika polisi Brüssel hava limanında terror aktı törədənlərdən üçüncüsü Feysal Şeffunu saxlayıb. Şeffu juranlistika ilə məşqul olub, o "Journal du Musulman" nəşrində işləyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb