Azərbaycanda bir sıra otellər ulduzsuz qala bilər

12:42 | 11.08.2021
Azərbaycanda bir sıra otellər ulduzsuz qala bilər

Azərbaycanda bir sıra otellər ulduzsuz qala bilər

Dövlət Turizm Agentliyi (DTA) 2021-ci ilin sentyabrından otellərə ulduz vermə prosesinə başlayacaq, bunu agentliyin mətbuat katibi Kənan Quluzadə anews.az-a bildirib.
 
" Bu proses Avropa standartlarına uyğun və ictimai qurumların nəzarəti çərçivəsində keçiriləcək. Pandemiya həm də böyük layihələrin həyata keçirilməsinə təkan verdi. Bu layihələrdən biri otellərin ulduzlaşma prosesidir. İlkin apardığımız monitorinqlərə görə, heç də bütün otellər ulduza layiq deyil. Bakıdakı və eləcə də regionlarda yerləşən iri və orta həcmli otellərin sahibkarları artıq müraciət edib. Biz karantin rejimində sosial məsuliyyəti yüksək nümayiş etdirən otellərə ulduzların verilməsini nəzərdə tuturuq", deyə Quluzadə bildirib.
 
Hazırda Azərbaycanda ümumilikdə, 655 mehmana və mehmanxana tipli müəssisələr var. Onlardan 240-ı Bakı və Abşeronda, 415-i isə bölgələrdə fəaliyyət göstərir.


Samirə Əli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb