Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq
Qadınlar Günü və Novruz bayramı münasibətilə mart ayı ərzində ödəniş
kartlarında müxtəlif endirim
kampaniyaları elan edib. Belə ki, 06.03.2020
– 19.03.2020 tarixlərində müştərilər Tamkart VISA Classic və Tamkart MasterCard
Standard kartlarını bankdan pulsuz, Tamkart VISA Gold və Tamkart MC Gold kartlarını
isə 50% endirimlə (15 AZN) ala biləcəklər.
Bankın start
verdiyi daha bir kampaniya da Tamkartla aparılan taksit əməliyyatlarına aiddir.
06.03.2020 - 31.03.2020 tarixlərində "28 Mall”, "Park Bulvar” və "Gənclik Mall”
ticarət mərkəzlərində yerləşən partnyor mağazalarda Tamkartla aparılmış taksit əməliyyatları
zamanı əlavə 2 ay taksit tətbiq olunacaq.
Bundan başqa, 07.03.2020-10.03.2020 tarixlərində
bütün Tamkart kredit kart məhsulları vasitəsilə gül mağazaları, kafe və
restoranlarda nağdsız ödənişlər zamanı kart sahiblərinə əməliyyat məbləğinin 3%-i
miqdarında kəşbək ödəniləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !