Bu gün 1/8 finalın daha iki görüşü keçiriləcək

18:30 | 29.06.2014
Bu gün 1/8 finalın daha iki görüşü keçiriləcək

Bu gün 1/8 finalın daha iki görüşü keçiriləcək

Braziliyadakı dünya çempionatında 1/8 final mərhələsində bu gün daha iki matç keçiriləcək. Bu mərhələnin ikinci oyun günündə Hollandiya ilə Meksika və Kosta-Rika ilə Yunanıstan milliləri qarşılaşacaqlar.

İlk matç saat 21.00-da, ikinci qarşılaşması isə Bakı vaxtı ilə gecə 01.00-da başlanacaq. Bu cütün qalibləri 1/4 finalda bir-birilərinə rəqib olacaqlar.

Xatırladaq ki, dünən keçirilən oyunlarda Braziliya Çiliyə, Kolumbiya isə Uruqvaya qalib gələrək 1/4 finalda oynamaq hüququ qazanıblar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM