Bu il Azərbaycanı “Eurovision”da Elnur Hüseynov təmsil edəcək

15:33 | 09.03.2015
Bu il Azərbaycanı “Eurovision”da Elnur Hüseynov təmsil edəcək

Bu il Azərbaycanı “Eurovision”da Elnur Hüseynov təmsil edəcək

"Ona görə "qədrini bilmədik” kimi sözlər deyilməsin, qədrini bilirik”.

Müğənni Nura Suri bu il "Eurovision”da Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyini deyib. 

Oxu.Az-ın axşam.az-ın məlumatına görə, sənətçi "Gün üzü” verilişində bunun dəqiq xəbər olduğunu söyləyib:

"Xəbəriniz olsun ki, bu il bizi "Eurovision”da Elnur təmsil edəcək. Ona görə "qədrini bilmədik” kimi sözlər deyilməsin, qədrini bilirik”.

Aparıcı İlqar Mikayıloğlunun "Nura, bu dəqiq xəbərdir” sualına ifaçı belə cavab verib:

"Dəqiqdir. Bu il Elnur yarışmada tək olacaq. Ciddi xəbərdir. Rəsmi olaraq maraqlana bilərsiniz. Bir ara təkzib olunmuşdu, sonra yenə də təsdiqləndi”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb