Bu il Harvarda daxil olan tək azərbaycanlı

12:21 | 10.04.2018
Bu il Harvarda daxil olan tək azərbaycanlı

Bu il Harvarda daxil olan tək azərbaycanlı

Azərbaycanlı oğlan eyni anda 4 universitetdə təhsil şansı qazandı

Azərbaycanda bir ilk yaşanıb. 11-ci sinif şagirdi dünyada məhşur olan 4 universitetə eyni anda qəbul olub. Onun əsas məqsədi isə xaricdə təhsil alıb azərbaycanda iqtisatçı kimi işləməkdir. Söhbət Bakıda yerləşən 93 saylı tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlıdan gedir. XI sinif şagirdi İlkin Bayramlı dünyanın dörd nüfuzlu ali təhsil ocağına eyni vaxtda qəbul olunub. O, Harvard Universitetində bakalavriat səviyyəsində təhsil alma şansı qazanan yeganə azərbaycanlıdır.

İ.Bayramlı topladığı balla buradan əlavə Amerikanın Kolqeyd, Çexiyanın Çarles Universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb. Hələ orta məktəbdən məzun olmamış tələbə adını qazanan məktəbli Harvard Universitetini seçəcəyini bildirib.

Onun sözlərinə görə, 2 il bundan öncə ingilis dilini öyrənməyə başlayıb və dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almağı qarşısına məqsəd qoyub. Məqsədinə çatmaq üçün isə bir neçə imtahan verib. Çəkdiyi əziyyətin bəhrəsi isə uğurla nəticələnib.

Qeyd edək ki, İlkin Bayramlı məktəblərarası fənn olimpiadalarında iştirak etməklə yanaşı, həm də ABŞ-da Yale Universitetinin təşkil etdiyi "Yale Young Global Scholars" proqramına da qəbul olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb