Bu il Rusiya hərbi müəssisələrinə daha 88 azərbaycanlı qəbul olunacaq

17:50 | 15.08.2016
Bu il Rusiya hərbi müəssisələrinə daha 88 azərbaycanlı qəbul olunacaq

Bu il Rusiya hərbi müəssisələrinə daha 88 azərbaycanlı qəbul olunacaq

Rusiya Müdafiə Nazirliyi Xəzər dənizində təhlükəsizlik və etimad tədbirləri sisteminin qurulması ilə bağlı Azərbaycanla dialoqun fəallaşmasını gözləyir.
 
APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Azərbaycan və Rusiya müdafiə nazirlərinin Bakıdakı görüşünün yekunlarına dair açıqlamasında deyib.
 
O bildirib ki, Rusiya bu ilin payızında Moskvada keçiriləcək hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının da müsbət nəticələr verəcəyini düşünür. A. Antonov Azərbaycan Silahlı Qüvvələri üçün hərbi kadrların hazırlanması işinin də uğurla davam etdiyini əlavə edib: "Hazırda Rusiya Müdafiə Nazirliyinin təhsil müəssisələrində 65 azərbaycanlı hərbçi ödənişsiz təhsil alır. Bu il daha 88 hərbçi qəbul edəcəyik”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM