Bu vəzifələrə işə qəbulda müsabiqə ləğv edildi

19:00 | 03.07.2017
Bu vəzifələrə işə qəbulda müsabiqə ləğv edildi

Bu vəzifələrə işə qəbulda müsabiqə ləğv edildi

Dövlət orqanlarında yardımçı vəzifələrə - kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün müsabiqənin keçirilməsi ləğv edilir.

anews.az xəbər verir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

Onun sözlərinə görə, dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün müsabiqə keçirilməyəcək. Bununla bağlı "Dövlət qulluğu haqqında” qanuna yenidən dəyişikliklər edilib.

Yeni dəyişikliklərə uyğun olaraq, artıq dövlət orqanlarında yardımçı vəzifələr üzrə işləmək istəyənlər dövlət qulluğuna qəbul üçün tələb olunan mərhələlərdən - test imtahanı və müsahibə mərhələsindən keçməyəcəklər və həmin vəzifələr yardımçı - texniki vəzifələr olduğundan bu vəzifələrə qəbul üçün müsabiqə keçirilməyəcək. Buna görə də yardımcı vəzifə üzrə işə yenidən adi qaydada qəbul aparılacaq.

Qeyd edək ki, "Dövlət qulluğu haqqında” qanuna edilmiş bundan əvvəlki dəyişikliklərə görə, yüksək kateqoriyalı dövlət orqanları da daxil olmaqla, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün namizədlər müsabiqədə iştirak etməli idilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb