“Bu yay Gürcüstan Avropa Birliyi ilə Razılaşmanı imzalayacaq”

16:22 | 25.04.2014
“Bu yay Gürcüstan Avropa Birliyi ilə Razılaşmanı imzalayacaq”

“Bu yay Gürcüstan Avropa Birliyi ilə Razılaşmanı imzalayacaq”

“Gürcüstan bu ilin yayında Avropa Birliyi ilə Razılaşma assosiasiyası haqda müqaviləni imzalayacaq”.

 

Lent.az-ın “Qruziya onlayn”a istinadən məlumatına görə, bu haqda Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Gürcüstan, Fransadan olan həmkarları ilə Tiflisdə keçirdiyi görüşün yekununa həsr olunan mətbuat konfransında açıqlama verib.

 

 

“Mən Tiflisdə bir neçə il öncə səfər etmişəm. O vaxtdan ölkədə yalnız şəhərin görünüşü baxımdan deyil, siyasi planda da çoxlu dəyişikliklər olub. Siyasi spektrdə canlanma baş verib. Korrupsiyaya qarşı mübarizə aparılıb və s. Mən əminəm ki, bu ilin yayında biz rəsmi olaraq, assosiasiya haqqında Razılaşmanı imzalayacağıq. Buna şübhə ola bilməz”-deyə, alman diplomat vurğulayıb.

 

Onun sözlərinə görə, müqavilə imzalandıqdan sonra bütün güc onun icrasına yönələcək.

 

Görüş zamanı mayın 13-də Fransa prezidenti Fransua Ollandın, iyunun 2-də isə Almaniya kansleri Angela Merkelin Gürcüstana planlaşdırılan səfərindən də danışılıb.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb