Bunlar sizi arıqladacaq

12:20 | 13.05.2017
Bunlar sizi arıqladacaq

Bunlar sizi arıqladacaq

Artıq yağları əritmək və itirilən kiloları yenidən geri almamaq üçün bir necə asan yolu var.

Səhər yumurta yeyin - Yumurta protein qaynağıdır və uzun müddət tox qalmağa kömək edir. Ən yaxşısı isə soyutma və yaxşı bişmiş yumurtadır. 

Yaşıl çay - yağ yandırılmasını sürətləndirir, orqanizmi toksiki maddələrdən təmizləyir.

Qəhvədən istifadə edin  -  metabolizmanı sürətləndirir. 

Bol su - yeməkdən azı yarım saat öncə yarım litr su metabolizmanı sürətləndirir, yağ yandırılmasına yol açır. 

Ara yeməklər - ancaq sağlam qidalardan ibarət olmalıdır. Məsələn, xiyar, kahı, ayran, qatıq və sairə. 

Çox və uzun çeynəyin - hər loxmanı ən azı 25-30 dəfə çeynəyin. Bu yemək müddətini uzadır, qəbul edilən qidanın miqdarını azaldır.

Acıya dözün -  acı bibərin tərkibindəki maddələr metabolizmanı sürətləndirir.

Kiçik boşqab - bu sizə daha az yeməyə kömək edəcək. Nəticədə isə çəkiniz azalacaq.

Proteini çoxaldın -  ət,balıq, süd, yumurta kimi məhsulları rasiondan əksik etməyin. 

Şəkəri silin -  çayı, qəhvəni şəkərsiz içməyə çalışın. Şirniyyatdan isə ümumiyyətlə imtina etsəniz yaxşı olar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb