“Burdan min atlı keçdi” tamaşasının məşqlərinə başlanıldı

22:33 | 14.04.2014
“Burdan min atlı keçdi” tamaşasının məşqlərinə başlanıldı

“Burdan min atlı keçdi” tamaşasının məşqlərinə başlanıldı

İrəvan Dövlət Azərbaycan Dram Teatrının tamaşaçılara təqdim edəcəyi yeni səhnə əsərlərindən biri də şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanan eyniadlı tamaşa olacaq.Teatrdan AzərTAc-a bildirib ki, dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur.Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin Qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.Səhnə əsərində İrəvan və Sumqayıt teatrlarının aktyorları rol alıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM