Böyük Britaniya Avropa İttifaqını tərk etməyə tələsmir

21:54 | 15.08.2016
Böyük Britaniya Avropa İttifaqını tərk etməyə tələsmir

Böyük Britaniya Avropa İttifaqını tərk etməyə tələsmir

Böyük Britaniya höküməti ölkənin Avropa İttifaqını (Aİ) tərk etmə prosedurunun başlanmasının dəqiq vaxtını açıqlamır, sadəcə deyilir ki, Brexit bu ilin sonuna kimi baş verməyəcək.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Britaniya mətbuatı yazır ki, krallıq höküməti bu prosesi gələn ilin ortalarına qədər təxirə sala bilər.

Baş nazir Tereza Meyin dəftərxanasından jurnalistlərə bildiriblər ki, Brexit kimi ciddi və olduqca çətin məsələnin həllinə hökümətin bütün qüvvələri yönəldilib. Lissabon müqaviləsinin 50-ci maddəsinin işə salınması 2016-cı ilin sonuna kimi baş verməyəcək.

Qeyd edək ki, Avropa Parlamenti və Aİ-nin rəsmi nümayəndələri dəfələrlə Böyük Britaniyanın bu qurumdan çıxmasının rəsmiləşdirməsi üçün Lissabon müqaviləsinin 50-ci maddəsini təxirə salmadan reallaşdırmağa çağırıb.

Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Aİ-nin istənilən üzv ölkəsi qurumun sıralarını tərk etmək hüququna malikdir. Bu prosedurun başlanması üçün həmin ölkə Brüsseli rəsmi olaraq xəbərdar etməlidir ki, danışıqlar prosesi başlasın.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 51,9 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb