Üç ayda nə qədər cinayətin üstü açılıb? - Statistika

17:16 | 19.04.2024
Üç ayda nə qədər cinayətin üstü açılıb? - Statistika

Üç ayda nə qədər cinayətin üstü açılıb? - Statistika

2024-cü ilin birinci rübündə ölkə ərazisində qeydə alınan 8.930 cinayətin 85%-i açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 
 
"Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər ötən ilin I rübü ilə müqayisədə azalıb", - məlumatda deyilir. 
 
2023-cü ildə Azərbaycanda 36811 cinayət qeydə alınıb, bu da 2022-ci illə müayisədə ağır cinayətlərin faiz göstəricisi ilə sabit, az ağır cinayətlərin faiz nisbətində isə azdır.
 
Aygün 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb