Üç il əvvəl satdığı maşının bütün borcları ilk sahibinə gəlir - VİDEO

13:20 | 25.12.2016
Üç il əvvəl satdığı maşının bütün borcları ilk sahibinə gəlir - VİDEO

Üç il əvvəl satdığı maşının bütün borcları ilk sahibinə gəlir - VİDEO

3 il əvvəl satdığı avtomobilin bütün cərimələri ilk sahibinə gəlir, üstəlik sürücülük vəsiqəsi də əlindən alınmaq üzrədir.

ANN.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, Şirvan sakini Sakit Mikayılov 2013-cü ildə bank vasitəsi ilə avtomobil alıb. Bir neçə ay sonra maşını etibarnamə ilə başqasına satıb. Həmin adam da 2-3 ay sürdükdən sonra Şamo Məmmədov adlı paytaxt sakininə satıb.

Şamo Məmmədov isə avtomobilin kreditini ödəməyib. Bu zaman bank Sakit Mikayılovdan tələb edib ki, ya ödəniş etsin, ya da maşını geri qaytarsın. Belə olan halda da maşının ilk sahibi etibarnaməni ləğv etidirib ki, avtomobil sənədsiz idarə edildiyi üçün saxlanılsın və Şamo Məmmədovdan alınsın. Lakin avtomobil hələ də sürülür. Üstəlik bütün cərimələr də Sakit Mikayılova gəlir.

Hətta ona sürücülük hüququndan məhrum ediləcəyi ilə bağlı məhkəmədən məktub da gəlib.

Məsələ ilə Baş Dövlət Yol Polisi İdarəsindən xezerxeber.az-a bildirildi ki, bankda girovda olan avtomobilləri satmaq mümkün deyil. Bu maşınlar yalnız mülki etibarnamə ilə verilir. Həmin etibarnamə ilə verildikdə avtomobil üzərində sərəncam vermə hüququ olmadığı üçün notariuslar tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə məlumat göndərilmir və sistemdə qeydiyyatda olmur. Bu səbəbdən də qeydiyyatda maşının ilk sahibi olur və bütün elektron protokollar onun adına yazılır. Əgər bank tərəfindən borcun avtomobilə yönləndirilməsi barədə iddia qaldırılarsa və məhkəmə tərəfindən də bu barədə qərar verilərsə, maşın ilk görüldüyü anda polis əməkdaşları tərəfindən saxlanılacaq.

Mövzu ilə bağlı daha ətrafrklı videomaterialı təqdim edirik:
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb