Cavidin “Peyğəmbər”i fars dilində

23:00 | 14.08.2014
Cavidin “Peyğəmbər”i fars dilində

Cavidin “Peyğəmbər”i fars dilində

Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, kitabın tərcüməçisi tədqiqatçı-şair Əkbər Həmidi Əlyardır. Kitab AMEA Hüseyn Cavidin Ev Muzeyinə hədiyyə edilib. Muzeyin direktoru Gülbəniz Babaxanlı bildirib ki, Əkbər Əlyar fars dilini və Azərbaycan türkcəsini mükəmməl bilir: “Fəlsəfi düşüncəsi onu deməyə əsas verir ki, o, “Peyğəmbər”i məhz Cavidin çatdırmaq istədiyi gözəllikdə fars dilli oxuculara təqdim etmək iqtidarındadır. Əkbər Əlyarın sözlərinə görə, yaxın dövrlərdə Hüseyn Cavidin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcək. Bu, H.Cavidi İranda geniş oxucu kütləsinə tanıtmaqla yanaşı, bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək”.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM