Cəbhədə olay: Erməni kəşfiyyat qrupları məhv edildi

11:39 | 09.12.2014
Cəbhədə olay: Erməni kəşfiyyat qrupları məhv edildi

Cəbhədə olay: Erməni kəşfiyyat qrupları məhv edildi

Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib.

ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb