• $
  • €
  • ₽
  • ₺
  • £

Ayətullah Həmədani Şamaxını ziyarət etdi - VİDEO

Ayətullah Həmədani Şamaxını ziyarət etdi - VİDEO
03.09.2015 09:31
Rayon İcra başçısı Asif Ağayev qonağın marağını nəzərə alaraq rayon barədə məlumat verdi.

Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani ötən gün Şamaxı şəhərində olub.

QMİ mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislamın müşayiəti ilə Şamaxıya gəlmiş ali ruhani qonağı Şamaxı Cümə məscidində Şamaxı İcra Hakimiyyətinin başçısı Asif Ağayev və məscidin icması səmimiyyət və ehtiramla qarşıladılar.

Çay süfrəsindən sonra Şeyxülislam A. Paşazadə məscid və onun tarixi barədə qonağa ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məscidlərindən olan Şamaxı Cümə Məscidi 743-cü ildə inşa olunub. 1859 və 1902-ci illərdə Şamaxıda baş verən dəhşətli zəlzələlərə məruz qalan məscid tam dağılmayıb, yenə də öz əzəmətini qoruyub saxlayıb.

Qonağa məlumat verildi ki, Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri zamanı Cümə məscidində olarkən böyük tarixi dəyərləri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar verib. Yenidənqurma işlərinə 2010-cu ilin martından başlanıb və 2013-cü il mayın 17-də məscidin açılışı olub. Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılması diqqət mərkəzində saxlanılıb. Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin günbəzləri nəfis şəkildə bərpa olunub, qədim memarlıq üslubunda ornamentlərlə bəzədilib. Məsciddə eyni vaxtda 1500 nəfər ibadət edə bilər. İkimərtəbəli binada konfrans salonu və digər yardımçı otaqlar var. Sahəsi 520 kvadratmetr olan məişət binasında 250 nəfərlik mərasim salonu və mətbəx yerləşir. Ötən əsrin 70-80-cı illərində təmir işləri aparılarkən məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev hörmətli qonağın marağını nəzərə alaraq rayon barədə qısa məlumat verdi.

Sonra məsciddə Ayətullah Həmədaninin pişnamazlığı ilə namaz qılındı, dualar edildi.

Namazdan sonra hörmətli qonağın şərəfinə nahar verildi. İranlı ali ruhani qonağın Azərbaycana səfəri davam edir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol