• $
  • €
  • ₽
  • ₺
  • £

Qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya

Qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya
28.05.2020 23:20
Quba, Xaçmaz və Masallı rayonlarında qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyası keçirilib.

Kampaniya "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində reallaşıb.

Qubanın Qımılqışlaq bələdiyyəsində, Xaçmazın Turizm və İnformasiya Mərkəzində, Masallı şəhər 3 saylı orta məktəbdə keçirilən kampaniyaya adıçəkilən rayonların əksər kəndlərindən nümayəndələr qatılıblar.

QLUİB-in sədri, layihənin koordinatoru Ülkər Abdullayeva son dövrlərdə respublikamızda qız uşaqlarının təhsildən erkən ayrılması hallarının artdığını, bunun erkən yaşda nikaha girmə sayının da artmasına təsir göstərdiyini bildirib. Layihə çərçivəsində keçirilən sorğuların nəticələrinə əsasən, adıçəkilən rayonlarda və Bakı kəndlərində son dövrlərdə bu problemin genişlənməkdə olduğunu deyib. Layihənin məqsədləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qız uşaqları üçün təhsilin vacib tərəflərini izah edib, bu sahədə hüquqları, yerli qanunvericiliyin, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərin tələblərini iştirakçıların diqqətinə çatdırıb.

Sözügedən hər üç rayonun məsul şəxsləri tərəfindən qızların təhsildən erkən ayrılması probleminin son illərdə artdığı, icra hakimiyyətləri, təhsil şöbələri və məktəb rəhbərliyi tərəfindən bunun qarşısının alınması üçün müvafiq işlərin görüldüyü bildirilib. Lakin qeyd olunub ki, sözügedən problemin qarşısının alınması üçün respublika ictimaiyyəti həyəcan təbili çalmalı, ciddi maarifləndirmə kampaniyaları keçirilməli, uşaqların təhsil hüquqlarını məhdudlaşdıran amillər aradan qaldırılmalı, valideynlərlə fərdi və qruplar şəklində görüşlər keçirilməli, onlara qız uşaqlarının təhsildən erkən ayrılmasının doğuracağı fəsadlar, qanunvericiliyin tələbləri izah edilməlidir. Eyni zamanda problemin qarşısının alınması üçün müvafiq qanunvericiliyin tələbləri yerinə yetirilməli, qızların icbari təhsildən erkən ayrılmasının qarşısı bütün mümkün vasitələrlə alınmalıdır.

Maarifləndirmə kampaniyasında Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, Quba Rayon İcra Hakimiyyətinin İcitimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Yəhyayeva, DİP-in qadın və gənclərlə iş üzrə proqram direktoru Nərmin Şamilova, gənc rejissor Xəzər Həmzə və digər şəxslər yaxından iştirak ediblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox