• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gündən rezidenturaya ərizə qəbulu başlayır

Bu gündən rezidenturaya ərizə qəbulu başlayır
01.03.2016 09:40
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.
 
"Report"un məlumatına görə, bu gündən rezidenturaya ərizə qəbulu başlayır.

Ərizə qəbulu martın 10-a kimi davam edəcək. Qəbul imtahanının I mərhələsi aprelin 3-də, II mərhələsi isə iyulun 29-da olacaq. Qəbul imtahanının birinci mərhələsi üçün sınaq imtahanı (onlayn rejimdə) isə martın 19-dan başlayacaq.

İxtisaslaşma seçimi avqustun 1-dən 7-dək, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 5-dək, boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyat isə 24-25 avqustu əhatə edəcək.

Qeyd edək ki, qəbul elanının tam mətni, rezidenturaya ərizə verən namizəd üçün təlimat, "Namizədin elektron ərizəsi"nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində "Rezidentura" jurnalının 2-ci sayında təqdim edilib.

Jurnalın elektron versiyasını (pdf formatında) www.abiturient.az saytında "TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı" bölməsində sifariş etməklə əldə edə bilərsiniz.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol