• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəbli: “İnsanlara balıq deyil, tilov vermək lazımdır”

Hadı Rəcəbli: “İnsanlara balıq deyil, tilov vermək lazımdır”
01.03.2016 15:39
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin ünvanlı dövlət sosial yardımının verilməsində yeni yanaşmanın tətbiqinə dair təklifi sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Bu müzakirələrə qoşulanlar deputatın ələbaxımlılığın qarşısını məqsədilə əhaliyə ünvanlı sosial yardım əvəzində qoyun verilməsi təklifinə birmənalı yanaşmırlar.

Növbəti dəfə qalmaqala səbəb olan deputat Hadı Rəcəbli məsələ ilə bağlı Modern.az saytına açıqlama verərək, yenə də bəzilərinin onu səhv başa düşdüyünü vurğulayıb. Hadı Rəcəbli deyib ki, o, təklif irəli sürməyib, yalnız dünya ölkələrində göstərilən təcrübəni misal çəkib.

"Bu qoyun yox, at, inək, maşın, tikiş maşını və s. ola bilər. İnsanları ələbaxımlılığa öyrətməməliyik. Məsələn, onlar kiçik təsərrüfat yaradır ki, bu da sonrakı vaxtlara həmin ailənin dolanışığında yardımçı olur. Tutaq ki, 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. İnsanlara balıq deyil, tilov vermək lazımdır ki, özü işləsin. Bunu isə ancaq ünvanlı sosial yardım üçün demişdim. Bu misalın əlilliyə, uşaqlara görə verilən müavinətlərə aidiyyatı yoxdur”.

Hadı Rəcəbli bildirir ki, müavinət sistemi qədər eybəcər, ələbaxımlılıq yaradan sistem yoxdur. O təklif edib ki, kənd yerlərində bir ailəyə orta hesabla aldığı 130 manat ünvanlı sosial yardım əvəzinə qoyun verilsin.
"Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür".

Komitə sədri bu məsələdə Pakistan və Banqladeş təcrübəsini misal çəkib.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol