• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə şad xəbər: Evakuatorun heyətinə cərimə

Sürücülərə şad xəbər: Evakuatorun heyətinə cərimə
01.03.2016 18:27
Bu gün yeni qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində sürücülər üçün bir çox yeniliklər var.

Oxu.Az Avtostop jurnalına istinadən xəbər verir ki, yeniliklərdən biri evakuatorlarla bağlıdır.

Belə ki, avtomobil evakuasiya edilən zaman, siz gəlib avtomobilə yaxınlaşsanız, bu zaman avtomobil sizə qaytarılmalıdır.   

Əvvəllər YPX haqqında təlimatda belə bir müddəa var idi.

"5.10. Bu təlimatın 5.8-ci bəndində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda və nəqliyyat vasitəsinin qadağan olunmuş yerdən kənarlaşdıra bildikdə nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir”.

İndi isə yeni qanunvericiliyə əsasən bu təlimatın 5.10-cu bəndi yerinə yetirilmədikdə evakuatorun heyətinə (YPX inspektoruna) cərimə yazılır.

Bu öz əksini İXM-nin 341-ci maddəsindəi tapıb.

Maddə 341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətlər bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə -  iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Qaytarılmasa, həmin şəxslərə 200-300 manat cərimə təyin edilir. Lakin avtomobil sizə qaytarılsa, sizə inzibati protokol yazılmalıdır (20 manat).
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol