• $
  • €
  • ₽
  • ₺
  • £

Elm və təhsil qurumları arasında anlaşma memorandumu

Elm və təhsil qurumları arasında anlaşma memorandumu
07.06.2016 17:31
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə "Elm və təhsilin vəhdəti: qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfrans keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbiri giriş sözü ilə açan UNEC-in rektoru, iqtisad üzrə elmlər doktoru, professor Ədalət Muradov konfransın elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və davamlı inkişafı baxımından müstəsna əhəmiyyətindən danışıb. Ə.Muradov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, ölkənin elmi, iqtisadi, siyasi və mədəni inkişafı istiqamətində həyata keçirilən beynəlxalq layihə və proqramlar haqqında məlumat verib.

Konfransda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə innovativ təşəbbüs və yenilikləri özündə əks etdirən elmin uğurlu gələcəyini təmin etmək nöqteyi-nəzərdən elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayıb. Bildirib ki, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi mühüm amildir.

AMEA rəhbəri son zamanlar Akademiyada həyata keçirilən islahatların əsas istiqamətlərindən də danışıb.

Sonra konfrans müxtəlif mövzular üzrə məruzələrlə davam edib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova "İqtisadi biliklərin tədrisinin ictimai elmlər sahəsində əhəmiyyəti” və UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov "Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyillər” adlı məruzələrlə çıxış ediblər.

Konfransda elm və təhsilin inteqrasiyası istiqamətində qarşıda duran vəzifələrə dair təkliflər səsləndirilib. AMEA-nın elmi müəssisələri ilə UNEC-in müvafiq mərkəz və şöbələri arasında beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqi məqsədilə birgə fəaliyyət mexanizminin, eləcə də layihələrin hazırlanmasına dair müzakirələr aparılıb.

Tədbirdə tərəflər arasında ölkəmizdə elmlə təhsilin inteqrasiyasını gücləndirmək, elmi müəssisələrlə ali təhsil qurumları arasında əməkdaşlığı möhkəmləndirmək və yüksəkixtisaslı kadrlar hazırlamaq məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənəddə qarşılıqlı maraq kəsb edən mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, elmi nəticələrin tədris prosesinə tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, ölkə iqtisadiyyatı üçün əhəmiyyətli ixtisaslar üzrə elmi biliklərə malik kadrların hazırlanması, tədrisin keyfiyyətini yüksəltmək və tədris prosesinin təşkili sahəsində müəllim, doktorant, magistr və elmi işçilər arasında təcrübə, tədqiqat materialları və informasiya mübadiləsinin aparılması məsələləri yer alıb. Həmçinin memorandumda qarşılıqlı maraq doğuran müasir elmi məsələlərə həsr olunmuş birgə seminar, təlim, konfrans və simpoziumların təşkili, konkret problemlər üzrə birgə tədqiqat proqramlarının hazırlanması və həyata keçirilməsi, tədrisdə müasir informasiya və kommunikasiya texnologiyaları vasitələrinin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gənc alim və müəllimlərin dünyanın nüfuzlu elmi mərkəzlərində təcrübə keçməsinin təşkili və digər məsələlər də öz əksini tapıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol