• $
  • €
  • ₽
  • ₺
  • £

Şirvanda əcaib canlı tapıldı – VİDEO

Şirvanda əcaib canlı tapıldı – VİDEO
09.08.2017 10:28
Şirvan sakini həyətində bu yerlər üçün xarakterik olmayan qəribə heyvana rast gəlib. Heyvanı tutan Ağasəməd İbrahimov onun adını və hansı növə aid olduğunu müəyyən etməkdə çətinlik çəkib.

anews.az APA TV-yə istinadən xəbər verir ki, "çağırılmamış qonaq” üçün balaca bir sığınacaq hazırlayan ev sahibi dördayaqlı yırtıcının nə ilə qidalandığını bilmədiyindən ona hər gün bişmiş yumurta verir.

İnternet üzərindən aparılan axtarışla müəyyən etmək mümkün olur ki, latın dilində adı "vormela peregusna” olan bu nadir ekzotik yırtıcının yayılma arealı Şimal-qərbi Monqolustan və Çin, Balkan yarımadası, Ön Asiya və Qərbi Avropaya qədər gedib çıxır. Bizim ərazilərdə də bu yırtıcıya rast gəlmək mümkündür. Ancaq Aranda onu indiyədək görən olmayıb.

Əsasən, səhra şəraitində yaşayan perequznanın gövdəsinin uzunluğu 27-38 santimetr, yetkin növünün çəkisi 350-750 qram olur. Səhra siçanları ilə qidalanan bu canlının müvəqqəti sığınacaqda vəziyyəti o qədər də münasib görünmədiyi üçün ev sahibləri onu zooparka və ya yaxınlıqda yerləşən həvəskar ekzotik heyvan kolleksionerlərinə təhvil verməyi düşünür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol