• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Azərbaycanda “Bilik günü”dür

Bu gün Azərbaycanda “Bilik günü”dür
15.09.2017 09:00
Bu gün Azərbaycanda "Bilik günü” qeyd edilir.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.

Bu il Azərbaycanda 165 min uşaq 1-ci sinifə qəbul edilib.

Ümumilikdə, 2017-2018-ci tədris ilində Azərbaycan məktəblərində 1 milyon 450 minə yaxın şagird təhsil alacaq, 150 minə yaxın müəllim onların tədrisi ilə məşğul olacaq.

Son illərdə ölkədə müşahidə edilən müsbət demoqrafik artım təhsil sahəsinə də təsir göstərib. Belə ki, orta, tam orta təhsil səviyyələrini başa vuran şagirdlərlə I sinifə qəbul olunan şagirdlərin sayı arasında çox ciddi fərq var.

Hər il Azərbaycanın təhsil sistemi təxminən 50 min nəfər artır. Yeni tədris ilində paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinifdə isə 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 27 514, XI sinfində 19 530, XII sinfində 635 şagird təhsil alacaq. Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq.

Bundan başqa, Bakıdakı 265 ümumi təhsil müəssisəsində 845 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlığa cəlb ediləcək.

2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol