• $
  • €
  • ₽
  • ₺
  • £

“WhatsApp”dan möhtəşəm yenilik

“WhatsApp”dan möhtəşəm yenilik
15.09.2017 12:20
Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi "WhatsApp" mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir.

anews.az Axşam.az-a istinadən xəbər verir ki, "WhatsApp"  səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir.

"WhatsApp"ın ilk əvvəl tətbiq etdiyi "göndərilən mesajı ləğv etmə” xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu.

Ancaq bu yenilik daha bir addım irəli aparılaraq, istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək.

Həmçinin mobil tətbiqlərdən başqa, veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların ikitərəfli silinməsinə icazə verəcək.

Bu yenilik artıq "Android” və iOS cihazlarında testdən keçirilməyə başlanıb. Göndərilən ismarışlar qarşı tərəf onu oxuyana kimi silinə biləcək. Bundan sonra isə "bu mesaj silinib” deyə xəbərdarlıq gələcək.

Bundan başqa, artıq göndərdiyiniz mesajların nə zaman oxunduğunu da biləcəksiniz. Məsələn, bir mesaj göndərmisiniz. Lakin qoşa mavi xəttin nə zaman düşdüyünü bilmək istəyirsiniz. Bunun üçün göndərilən mesajın üzərinə basmaqla "məlumat” xanasını seçə və mavi qoşa xəttin nə zaman düşdüyünü öyrənə bilərsiniz.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol