• $
  • €
  • ₽
  • ₺
  • £

“Binə”də ara qarışdı – Təcili

“Binə”də ara qarışdı – Təcili
08.12.2017 14:33
"Binə” ticarət mərkəzində ara qarışıb. Bazarın sahibi Kəbirə Məmmədovanın vergi pulu tələb etməsi etirazla qarşılanıb.

Bu barədə criminal.az xəbər yayıb ki, K.Məmmədova obyektlərindən birini qarşısındakı reklam lövhəsini təpiklə aşırıb.

Onun bu hərəkətindən hiddətlənən çoxsaylı sahibkarlar etiraz səsini ucaldıblar. Yaşlı bir qadın sahibkarın bel götürüb Kəbirəni vuraraq yıxdığı iddia olunur.
Mühafizə xidməti və polislərin müdaxiləsindən sonra ara sakitləşdirilib. Hazırda aidiyyə üzrə araşdırma aparılır.

Sahibkarlar bildirib ki, onlar vergi ödənişini kirayə pulu daxil olmaqla "Binə” sahibinə ödəyirlər. Yada salaq ki, Vergilər Nazirliyinin "Binə” ticarət mərkəzi ilə olan problemi hələ də həll olunmayıb.

Satıcıların iddialarına görə, bazarın rəhbəri, sahibkar Kəbirə Məmmədovanın başı vergi borcuna görə dərddədir. Uzun müddət vergi borcunu verməyən qadın sahibkara bir neçə dəfə xəbərdarlıq edilib.

Hətta bir müddət əvvəl keçmiş vergi naziri Fazil Məmmədovun Kəbirə Məmmədova haqqında vergi cinayətinin açılması ilə bağlı göstəriş verdiyi xəbəri yayılmışdı.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol