• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bankın şöbə müdiri ölkədən qaçarkən tutuldu - FOTO

Beynəlxalq Bankın şöbə müdiri ölkədən qaçarkən tutuldu - FOTO
29.05.2020 06:01
Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının "Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə həbs olunub. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb.

Məlumata görə, hadisə ötən gecə baş verib. Belə ki, bankın şöbə müdiri külli miqdarda vəsaiti (1 milyon manatdan artıq) mənimsəyib. Onun, hətta sərhədi keçdiyi, lakin sonradan saxlanılaraq geri qaytarıldığı bildirilir.

C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var.

Hazırda Beynəlxalq Bankın rəhbərliyi Gəncəyə səfər edib. Məsələ ciddi şəkildə araşdırılır.

Bankdan hadisə ilə bağlı hələlik hər hansı bir rəsmi açıqlama vermək niyyətində olmadıqlarını qeyd ediblər.

Məlumat üçün bildirək ki, ABB-nin Gəncə filialının müdiri iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol