• $
  • €
  • ₽
  • ₺
  • £

Qubada 3 alpinist niyə həlak oldu?

Qubada 3 alpinist niyə həlak oldu?
22.05.2018 23:30
"Qubada alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqununun baş verməsi gözlənilən haldır” ,  bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqunu həmişə baş verib və bu ərazi üçün uçqunun baş verməsi normal haldır:

"Onların ikisinin meyiti 4 metr dərinlikdə olan qarın altında - çadırın içində, birinin meyiti isə çadırın yaxınlığında tapılıb. Onlar yalnız qar uçqununun altında qalaraq ölə bilərdilər. Alpinistlərin çadır qurmaq üçün seçdiyi ərazidə qar uçqunu həmişə baş verir. Ona görə də alpinistlər çadırlarını dərənin içində deyil, daha hündür yerdə qurmalı idilər ki, qar uçqunu olarsa, onlara təsir etməsin”.

M.Həsənov əlavə edib ki, Böyük Qafqaz dağlarının ən yüksək hissələri olan Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda çox tez-tez qar uçqunları baş verir:
"Həmin qar ucqunları çox böyük qar kütləsinin zirvədən aşağıya doğru böyük sürətlə axmasına səbəb olur. Qarın toplaşdığı belə yerlərdə qarın hündürlüyü daha yüksək olur”.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol