• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

30 yaşdan sonra hansı qidalar təhlükəlidir?

30 yaşdan sonra hansı qidalar təhlükəlidir?
04.06.2018 21:35
ABŞ alimləri cavan qalmaq üçün 30 yaşdan sonra bəzi qidalardan imtina etməyi məsləhət görür. Novator.az-ın məlumatına görə, alimlər hesab edir ki, gənclik yaşını adlamış insan üçün ən təhlükəli ərzaq şəkərdir. Şəkər dərinin kollagen (bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan xüsusi zülal) və elastin liflərini zədələyir. Bu isə dərinin qırışmasına, hamarlığın itməsinə səbəb olur.
Ekspertlər artıq çəkidən can qurtarmaq üçün ağ çörəkdən, xəmir mayasından, ağ undan hazırlanan ərzaqlardan uzaq durmağı tövsiyə edir. Onlar piylənmənin yaşlı insanlarda daha sürətlə getdiyini vurğulayır.
Alimlər ketçup və mayonezi də qara siyahıya daxil ediblər. Mütəxəssislər hesab edir ki, istənilən sous xörəyin kalorisini artırdığına görə təhlükəlidir.
Ekspertlərin məsləhət görmədiyi qidalar siyahısında tərkibində qlüten (buğda, çovdar və arpanın tərkibindəki zülal) olan makaron məmulatları da yer alır.
Qazlı şirin mayelər, hətta pəhrizli hesab olunan içkilər də tərkibində şəkəri əvəzləyən kimyəvi maddələr olduğu üçün təhlükəlidir. Bu mayelər ürəkdə və qaraciyərdə problemlər yarada bilər.
Alimlər tərkibində şəkər, yağ və süni əlavələr olduğu üçün şirniyyat məmulatlarını da ziyanlı sayır.(avropa.info)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlı qadın
Cəmiyyət 14:46
Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor - Təyin Edildi
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Cəmiyyət 10:33
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Cəmiyyət 09:15
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Cəmiyyət 05:48
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Azərbaycanda güclü zəlzələ baş verib
Cəmiyyət 02:31
Azərbaycanda güclü zəlzələ baş verib
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Cəmiyyət 02:28
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Günün ulduz falı: 10 iyun, 2018
Cəmiyyət 23:51
Günün ulduz falı: 10 iyun, 2018
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Cəmiyyət 20:17
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Bu əlamətlər  varsa mütləq həkimə müraciət edin
Cəmiyyət 19:49
Bu əlamətlər varsa mütləq həkimə müraciət edin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol