• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

30 yaşına kimi qız kimi böyüdüldü, sonra kişi çıxdı – Azərbaycanda

30 yaşına kimi qız kimi böyüdüldü, sonra kişi  çıxdı – Azərbaycanda
05.06.2018 20:54
Uşaq cərrahı Toğrul Ömərov maraqlı bir faktı açıqlayıb. Söhbət uşaq doğularkən cinsiyyət orqanlarında olan anomaliyalara görə doğuş həkimi və valideynlərin körpəyə səhv cinsiyyət təyin etməsindən gedir.

Anews.az medicina.az-a istinadən bildirir ki, Azərbaycanda da belə hallara rast gəlinir. Oğlan uşağında sidik kanalı xayaların ortasına açılır, cinsiyyət orqanı çox kiçik olur və ya xayalar yerinə enmir. Bu patologiyada cinsiyyət orqanı qız uşağına bənzədilir. Doğulandan yanlış dəyərləndirmə, o uşağın ailədə səhv böyüdülməsinə səbəb olur.

20-30 il əvvəl məlumatsızlığın ucbatından daha çox bu səhvlərə yol verilib. Xaricən qız kimi dəyərləndirilsə də, daxili orqanlar və hormonlar kişiyə məxsus olur. Bəzən gizli cinsiyyət orqanı patologiyası olur ki, orqanı saxlayan bağların anadangəlmə inkişafdan qalması və ya bağıların tam yoxluğu nəticəsində gizli cinsiyyət orqanı formalaşır. Bu kimi problemlərin həlli yolu hormonal, xromosom analizləri və cərrahi yolla xarici qüsurun düzəldilməsidir.

" Bu yaxında 30 yaşında  pasiyentlə rastlaşdıq. Ona doğulandan sonra yanlışlıqla qız uşağı cinsiyyəti təyin edilib, qız kimi də böyütmüşdülər. İnsan böyüdüksə anlayırdı ki, qadın yox kişidir. Sonda həkimə müraciət edərək, müvafiq analizlərdən keçdi və özünü sübut etdi ki, kişi cinsidir. Məhkəməyə müraciət edərək cinsini dəyişdi, əməliyyat olundu. Təbii ki, körpə ikən diaqnoz qoyulub, əməliyyat olsaydı, bu qədər sarsıntı, travma almazdı.
 
Normal həyatına davam edərdi. Ona görə də xüsusən bölgələrdə uşaq doğulandan sonra körpənin cinsiyyət orqanlarında az da olsa anormallıq görülürsə, mütləq mütəxxəsisə, uşaq cərrahı və endokrinoloqa müraciət olunmalıdır. Yoxsa uşağı büküb, evdə qızı oğlan, oğlanı qız kimi böyütmək o ailə  üçün faciədir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlı qadın
Cəmiyyət 14:46
Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor - Təyin Edildi
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Cəmiyyət 10:33
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Cəmiyyət 09:15
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Cəmiyyət 05:48
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Azərbaycanda güclü zəlzələ baş verib
Cəmiyyət 02:31
Azərbaycanda güclü zəlzələ baş verib
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Cəmiyyət 02:28
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Günün ulduz falı: 10 iyun, 2018
Cəmiyyət 23:51
Günün ulduz falı: 10 iyun, 2018
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Cəmiyyət 20:17
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Bu əlamətlər  varsa mütləq həkimə müraciət edin
Cəmiyyət 19:49
Bu əlamətlər varsa mütləq həkimə müraciət edin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol