• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Məşhur professor arıqlamağın YOLLARINI GÖSTƏRDİ

Məşhur professor arıqlamağın YOLLARINI GÖSTƏRDİ
10.06.2018 08:20
Türkiyəli professor və kardioloq Canan Karatay arıqlamaq istəyənlərə D vitamini qəbul etməyi məsləhət görüb.
Anews.az publika.az-a istinadən xəbər verir ki, məşhur ürək həkimi arıqlamaqla bağlı tövsiyələr verib.
C.Karatayın sözlərinə görə, ideal formada qalmaq üçün yemək saatlarını qaçırmamalıyıq:
"Yemək saatlarına diqqət edin. Bu, arıqlamaq istəyənlər üçün vacib məsələdir. Çünki yağ yandırıcı hormon kimi tanınan leptin yemək saatlarında aktivləşir. Dolayısı ilə qidalanma rejimini həmin saatlara əsasən müəyyən edin ki, kalorinin yandırılma prosesi sürətlənsin. Məlum olduğu kimi, insan bədəni yuxu zamanı da kalori yandırır. Odur ki, gecə vaxtı leptinin fəal olması ilə yuxuda da çəki ata bilərsiniz. Lakin leptinin gecə fəal olması üçün axşam saat səkkizdən sonra heç bir şey yeməyin".
Professor bildirib ki, piylərin yandırılmasında D vitamininin əhəmiyyəti böyükdür:

"D vitamini çatışmazlığı varsa, piylərin yandırılma prosesi çətiləşir. Bunun üçün yaz aylarında tez-tez günəş vannası qəbul edin, qışda isə D vitamini ehtiyacını həblərlə ödəyin. D vitamini ehtiva edən yeməklər bunlardır: balıq, süd, kərə yağı, yulaf əzməsi, yumurta və s."
Canan Karatay hesab edir ki, aspartam kimi tanınan E-951 kodlu qatqı maddəsinin zəhərdən bir fərqi yoxdur:
"Bədənə girdiyi anda spirtə çevrilən bu qatqı maddəsi yağsız və pəhriz məhsullarında tez-tez istifadə olunur. Yağsız məhsulların tərkibinə qatlan və xərçəng hüceyrələrini qidalandıran bu maddələrdən uzaq durun.
Qablaşdırılmış və konserviləşdirilmiş ərzaqlar sonsuzluqdan xərçəngə qədər bir çox ciddi sağlamlıq probleminə yol aça bilir. Sağlam ömür sürmək üçün qablaşdırılmış ərzaqlardan imtina edin"

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlı qadın
Cəmiyyət 14:46
Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor - Təyin Edildi
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Cəmiyyət 10:33
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Cəmiyyət 09:15
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Cəmiyyət 05:48
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Azərbaycanda güclü zəlzələ baş verib
Cəmiyyət 02:31
Azərbaycanda güclü zəlzələ baş verib
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Cəmiyyət 02:28
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Günün ulduz falı: 10 iyun, 2018
Cəmiyyət 23:51
Günün ulduz falı: 10 iyun, 2018
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Cəmiyyət 20:17
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Bu əlamətlər  varsa mütləq həkimə müraciət edin
Cəmiyyət 19:49
Bu əlamətlər varsa mütləq həkimə müraciət edin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol