• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Ayaqların şişməsi hansı dəhşətli xəstəliyin əlamətidir?

Ayaqların şişməsi hansı dəhşətli xəstəliyin əlamətidir?
19.06.2018 08:21
Ayaqlarda şişkinlik və ağrı əlamətləri ağciyər xərçənginin ilk əlaməti ola bilər.
Anews.az xəbər verir ki, bu barədə döş cərrahiyyəsi üzrə türkiyəli mütəxəssis Özkan Demirhan məlumat verib. Onun sözlərinə ayaqlarda damar tıxanması varsa, onun yaranma səbəbləri mütləq araşdırılmalıdır. Çünki bu vəziyyət bir çox hallarda ağciyər xərçənginin ilk əlamətiləri hesab olunur.
Ekspert bildirib ki, ağciyər xərçəngindən əziyyət çəkən xəstələrin ayaqlarında şişkinlik və ağrılar tez-tez müşahidə olunur:
"Ayaqların şişməsi və ağrılar ağciyər xərçənginin əsas əlamətlərindən biridir. Odur ki, ayaqların şişməsinə laqeyd yanaşmaq olmaz. Bu bizə birbaşa xərçəngə bağlı laxtalanma pozğunluğu olduğunu göstərir. Çünki xərçəng xəstələrinin qanundakı struktur pozuntuları laxtalanmaya gətirib çıxarır.

Bu vəziyyətə etinasızlıq həyati təhlükə doğura bilər. Bəzən buradakı laxtanın ağciyərə getməsi nəticəsində ağciyər emboliyası dediyimiz çox ciddi hallara yol açır. Bu səbəbdən də mütləq erkən tədbirlər görülməlidir.
Ağciyər xərçənginin diaqnozu qoyulmuş xəstələrdə əməliyyat zamanı və əməliyyatdan sonra, hətta əməliyyat olmayacaq xəstələrdə belə ayaqlarda damar tıxanması meydana gəlir.
Xəstələr xərçəngdən dünyasını dəyişməsə belə, damarların laxtalanması nəticəsində xəstə həyatını itirə bilər. Bu laxtalar həkim nəzarətində tibbi yolla müalicə edilir. Müalicə mərhələsində qan durulaşdırıcılar olmaq üzrə, dərmanlardan, iynə və antiembolik corablardan istifadə edilir". (publika.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlı qadın
Cəmiyyət 14:46
Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor - Təyin Edildi
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Cəmiyyət 10:33
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Cəmiyyət 09:15
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Cəmiyyət 05:48
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Azərbaycanda güclü zəlzələ baş verib
Cəmiyyət 02:31
Azərbaycanda güclü zəlzələ baş verib
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Cəmiyyət 02:28
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Günün ulduz falı: 10 iyun, 2018
Cəmiyyət 23:51
Günün ulduz falı: 10 iyun, 2018
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Cəmiyyət 20:17
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Bu əlamətlər  varsa mütləq həkimə müraciət edin
Cəmiyyət 19:49
Bu əlamətlər varsa mütləq həkimə müraciət edin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol