• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bədənimizdə olan morfinlər - Əhvalımız onlardan asılıdır

Bədənimizdə olan morfinlər - Əhvalımız onlardan asılıdır
01.07.2018 12:26
Keçmiş əsrin 70-ci illərində Avropa alimləri inyəbatırmanı araşdırdıqda aşkar ediblər ki, iynəbatırma proseduru zamanı orqanizmdə təsiri morfinin təsirinə oxşayan ağrıkəsici maddələr əmələ gəlir.
Alimlər onları endorfinlər, yəni "daxili morfinlər" adlandırıblar.
"Xoşbəxtlik hormonları" kimi tanınan endorfinlərdən bizim yaxşı əhvalımız asılıdır. Onlar həmçinin ağrıları azaldır, yuxunu tənzimləyir, stressi azaldır, depressiya ilə mübarizə etməyə kömək edir, təzyiqi normallaşdırır, immuniteti və həzm proseslərini yaxşılaşdırır, xəstəliklərin, yaraların sağalmasını tezləşdirir və s. Bir sözlə desək, həyatımızı daha sağlam və xoşbəxt edir. Bu səbəbdən endorfinlərin orqanizmdə daim yüksək səviyyədə olması çox vacibdir.
Alimlər süni endorfinləri də sintez ediblər. Lakin məlum olub ki, onlar güclü asılılıq yaradır və onların çoxaylı yanaşı təsirləri var. Nəticədə süni endorfinlərin kütləvi istifadəsi mümkünsüz olub.
Endorfinlərin ifrazını artırmaq üçün bəzi təbii üsullar mövcuddur.
Anews.az saglamolun.az-a istinadən bu üsulları təqdim edir: 
1. İdman endorfinlərin səviyyəsini əla qaldırır. Yarım saat ərzində idmanla məşğul olan insanın bədənində endorfinlərin səviyyəsi 5-7 dəfə artır.

2. Digər endorfinləri artıran vasitə seksdir. Cinsi əlaqədən sonra bu maddələrin səviyyəsi orqanizmdə xeyli artır.
2. Massaj da endorfinlərin artmasına səbəb olan amillərdən biridir.
3. İynəbatırma endorfinlərin ifrazını artırır.
4. Sevimli musiqilərə qulaq asmaq, komediyalara baxmaq xoşbəxtlik hormonlarının ifrazını artıran vasitədir.
5. Dadlı yeməklər orqanizmdə endorfinlərin sintezini artırır. Lakin burada müəyyən təhlükə var ki, bu bədən çəkisinin artmasına səbəb olur.
6. B qrupu, C vitaminlər və həmçinin dəmir və sink endorfinlərin ifrazını artırır. Bu səbəbdən bu vitaminlər və mineralların orqanizmdə çatışmazlığı insanın əhvalına mənfi təsir edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlı qadın
Cəmiyyət 14:46
Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor - Təyin Edildi
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Cəmiyyət 10:33
Qazaxda ermənilər atəşkəsi pozdu - Gənc qadın yaralandı
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Cəmiyyət 09:15
Kim Çen In korteji və mühafizəçiləri ilə güldürdü – Video
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Cəmiyyət 05:48
Xərçəng xəstəliyi haqqında bilmədikləriniz
Azərbaycanda güclü zəlzələ baş verib
Cəmiyyət 02:31
Azərbaycanda güclü zəlzələ baş verib
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Cəmiyyət 02:28
Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurub
Günün ulduz falı: 10 iyun, 2018
Cəmiyyət 23:51
Günün ulduz falı: 10 iyun, 2018
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Cəmiyyət 20:17
Fədayə Laçın intihara cəhd etdi? - Vəkili DANIŞDI
Bu əlamətlər  varsa mütləq həkimə müraciət edin
Cəmiyyət 19:49
Bu əlamətlər varsa mütləq həkimə müraciət edin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol