• $
  • €
  • ₽
  • ₺
  • £

Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək

Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək
30.10.2018 09:34
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə maliyyə vəsaiti ayırmağa davam edəcək.

Bu istiqamətdə həyata keçiriləcək növbəti layihə çərçivəsində gənclər üçün müvafiq təlimlər keçiriləcək, ən yüksək nəticələr göstərən biznes layihələr isə "Bakcell”dən maliyyə dəstəyi alacaq.

Qeyd edək ki, ötən il ilk dəfə "Bakcell”in dəstəyi sayəsində icra olunan "Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində iştirak edən 3 nəfər gənc öz kiçik biznesini qurmaq imkanı əldə edib. Bunun üçün 15 nəfər gənc "SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası tərəfindən təşkil olunan "Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib.

Layihənin uğurlu nəticələrini nəzərə alaraq Bakcell şirkəti gənclərin biznes ideyalarını reallaşdırmağa yönəlmiş fəaliyyətini davam etməyə qərara alıb. Təlimlərdə uğurla keçən gənclər biznes plan hazırlayaraq onu qiymətləndirməyə təqdim edəcəklər. Qiymətləndirmə zamanı biznes planın düzgün hazırlanması, ideyanın real bazar şərtlərində özünü doğrultma perspektivi, müraciət edənin təcrübəsi və sosial durumu nəzərə alınacaq.

"Bakcell şirkətinin həyata keçirdiyi geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramının əsas istiqamətlərindən biri də ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyır və biz gənclərimizin böyük uğurlara imza atmasına dəstək göstərməkdən qürur duyuruq”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol