• $
  • €
  • ₽
  • ₺
  • £

Mirkamil Tünzalə Ağayevaya verdiyi pulu geri istədi

Mirkamil Tünzalə Ağayevaya verdiyi pulu geri istədi
30.10.2018 18:55
Müğənni Mirkamil Kamilov xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Tünzalə Əliyevaya verdiyi pulu geri istəyib.

Publika.az xəbər verir ki, buna səbəb mədə kiçiltmə əməliyyatından əvvəl uşaqlıq boynunda xəstəliyi olduğunu bildiyi deyilən aktrisanın instaqramda "Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözlərini yazması olub.

Müğənni Mirkamil Kamilov Tünzalənin açıqlamasını İnstaqram səhifəsində yayımlayaraq bunları yazıb:

"Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın balalarının boğazından kəsilib sizə göndərilən pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə hərəkətlər fikirləşən yoldaşın mütləq bu yazımı oxuyacaq. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulun rahat xərcləyə bilərəm".

Məlumat üşün bildirək ki, əməkdar artist Tünzalə Əliyevanın təxminən beş ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi ilə bağlı xəbərlər yayılıb. İddialara görə, aktrisa mədə kiçiltmə əməliyyatından əvvəl uşaqlığında probelmləri olduğunu bilib.

Aktrisanın mədəsini kiçiltməkdən imtina edən cərrah Fərid Rəfiyev hadisəni belə izah edib: "Bildiyim qədəriylə o, bizə qədər müəyyən müalicələrdən keçmişdi. Tünzalə Əliyevanın artıq uşaqlığı ilə bağlı problemləri olduğundan xəbəri var idi. Odur ki, bizim əməliyyatımız təxirə salındı. Nəticə etibarilə müayinələrimiz sona qədər aparılmadığı üçün Tünzalə Əliyevanın əməliyyat baş tutmadı. Düşünmürəm ki, T.Əliyeva xəstəliyinin onkologiya ilə bağlı olduğunu bilirdi. Məsələ ondadır ki, aktrisa xəstəliyini araşdırmamışdı, sona qədər müayinə olunmamışdı. Əgər müayinələrdən keçsəydi, bütün problemləri bəlli olardı”.

Həkim onu da bildirib ki, mədəkiçiltmə əməliyyatının bilavasitə immunitetə təsir göstərib onun nəticəsində xərçəng şişlərinin yaranması həqiqətə uyğun deyil:

"Elə fakt yoxdur. Əgər bu məlumat dünyada təsdiq olunsaydı, mədəkiçiltmə əməliyyatlarının qarşısı çoxdan alınardı. Dünyanın hər yerində bu əməliyyat sığorta tərəfindən qaşılanır və bütün inkişaf etmiş ölkələrdə də istifadə olunur”.

Əməkdar artist Tünzalə Əliyeva üzərində mədəkiçiltmə əməliyyatını həyata keçirən Laparoskopik Bariatrik-Metabolik cərrah Taryel Ömərov isə aktrisanın əməliyyatdan əvvəl xərçəng xəstəsi olduğunu bilməsi ilə bağlı yayılan xəbərlərlə bağlı bunları deyib: "Tünzalə xanımın mədəkiçiltmə əməliyyatından əvvəl xərçəng xəstəsi olması ilə bağlı yayılan xəbərlər doğru deyil. Sadəcə Tünzalə xanım əvvəlcədən bilirdi ki, uşaqlıq boynunda papiloma virus mənşəlli eroziya var. Bunu da öz ginekoloqu nəzarətdə saxlayırdı. O, mütəmadi olaraq müayinədən keçirdi və öz müraciət etdiyi ginekoloq tərəfindən müalicə olunurdu.
Uşaqlıq boynunda baş verən patologiyaların mədəkiçiltmə əməliyyatına heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, istənilən bir əməliyyat uşaqlıq boynunda yaranan patologiyanı stimulyasiya etmir. Bunu biz yox, beynəlxalq standartlar və protokollar deyir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol