• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni nazir müavini məşhur generalın oğludur?

Yeni nazir müavini məşhur generalın oğludur?
31.10.2018 10:36
Prezident İlham Əliyev dünən əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyinatı barədə müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, hər iki müavin bu sərəncamadək elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırdı, onlar nazirin müşavirləri idilər.

Bu təyinatlardan sonra sosial şəbəkələrdə Vüsal Zakir oğlu Nəsirlinin Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğlu olduğu haqda xeyli məlumat yayılıb.

Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a həmin məlumatları təkzib edərək bildiriblər ki, Vüsal Nəsirlinin Zakir Nəsirovla heç bir bağlılığı yoxdur.

Xatırladaq ki, prezidentin əfv sərəncamına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuş və general ötən il aprelin 6-da azadlığa buraxılmışdı.  

Zakir Nəsirov Qobustan həbsxanasından həbs meddətinin 2/3 hissəsini çəkdikdən sonra onun barəsində məhkəmə belə qərar vermişdi.

General-mayor Zakir Nəsirov 2005-ci ilin martında keçmiş MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində tutulmuşdu.  Həmin əməliyyat çərçivəsində insan oğurluğu və qətllərdə ittiham edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilmişdi. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol