• $
  • €
  • ₽
  • ₺
  • £

Tünzaləni yıxıb-sürüyən Mirkamil hər şeyi açdı: “Narkomanlıqdan tutmuş...”

Tünzaləni yıxıb-sürüyən Mirkamil hər şeyi açdı: “Narkomanlıqdan tutmuş...”
31.10.2018 15:42
Xəbər verdiyimiz kimi, müğənni Mirkamil Kamilov xərçəng xəstəliyindən əziyyət çəkən Tünzalə Əliyeva haqqında kəskin ittihamlar bildirmişdi. Buna səbəb isə aktrisanın mədə kiçiltmə əməliyyatından əvvəl xərçəng xəstəsi olduğunu bilməsi ilə bağlı yayılan məlumatlar olub.

Publika.az xəbər verir ki, müğənni instaqram səhifəsində buna aydınlıq gətirib. Yazdığı sözlərə görə sonradan üzr istəyən müğənni Əməkdar artist Tünzalə Əliyeva ilə danışıb məsələyə aydınlıq gətirdiyini deyib:
"Bacımla danışdım, özü bu işə aydınlıq gətirdi. Sadəcə bəzi saytlara demək istəyirəm ki, Tünzalə bacının ailəsinin xoşbəxtliyini istəyirsinizsə, onun xəbərlərinə dualı başlıqlar qoyub, reytinq naminə əsəbləri ilə oynamayın. Onun yoldaşı da bilsin ki, bacımın mənim kimi qardaşı var və onu son nəfəsinə qədər tək buraxmasın. Tək niyyətim bu idi”.
İfaçı daha sonra sosial şəbəkədə ünvanına deyilən tənqidlərə cavab verib:
"Allahım, qaçan başıma şəfa ver. Amin İnşallah! Dəli olum dərdimə yansınlar, mənə nifrət edənləri Allah xoşbəxt eləsin. Mən heç kiməm, toz-torpağam. Bir də məni qalmaqallı mövzularda görməyəcəksiniz. Azərbaycan qanunvericiliyini qaçan başımla az da olsa, oxumuşam və hamıya məsləhət görürəm ki, oxusun”.
Dünən isə Mirkamil "Bizimləsən" verilişinə zəng edərək sosial şəbəkədəki sözləri özü yazdığını etiraf edib:

"Hamı bu xanımın üstünə düşüb. Onu verilişə çağırdınız, hamı dəstək oldu, bunu alqışlayıram. Mənim imkanım olmadı yardım edim. Dedim ki, toylarım başlasın, mən də ona yardım edəcəyəm.
Bütün bu gedişatda yoldaşını yanında görmədim, əsəbiləşdim. Xoş günündə yanında idi, indi nə oldu? Onun Tünzaləni atmağa ixtiyarı yox idi. Hər an onun yanında olmalıdır.
Yazılanlardan, yayılan söz-söhbətlərdən yan keçə bilmədim. Əgər işin içində dələduzluq varsa, deməliydim. Mənim də xəstəliyim var, çıxım deyim ki, pul verin? Çıxıb istəsəm, ən az bir milyon insan bir manatdan yardım edəcək".
Mirkamil canlı yayımda bir vaxtlar narkomaniyadan əziyyət çəkdiyini və özü-özünü müalicə etdiyini bildirib:
"Dörd-beş xəstəliyim var, hamısını özüm sağaltmışam. Narkomanlıqdan tutmuş, ürək xəstəliyinə və beyin xərçənginə qədər... Özüm-özümü ev şəratində müalicə etdim. İnsan ilk növbədə önünü həkimi olmalıdır. Bunu necə etdiyimi paylaşacam. Xalqın kasıb da, imkanlı da övladı var. Çox əzəblarla qarşılaşmışam. Bu ərəfədə Tünzalə xanımı tək qoymadığınız üçün təşəbbüsünüzü dəstəkləyirəm".
Qeyd edək ki, müğənni Mirkamil Kamilov İnstaqram səhifəsində T.Əliyeva haqqında bunları yazmışdı:
"Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın balalarının boğazından kəsilib sizə göndərilən pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə hərəkətlər fikirləşən yoldaşın mütləq bu yazımı oxuyacaq. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulun rahat xərcləyə bilərəm".


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol