• $
  • €
  • ₽
  • ₺
  • £

“Şəkil oğrusu”, “Cığal futbolçu”, “Qarmon ifaçısı” – Azərbaycanlı məşhurların uşaqlıq sərgüzəştləri

“Şəkil oğrusu”, “Cığal futbolçu”, “Qarmon ifaçısı” – Azərbaycanlı məşhurların uşaqlıq sərgüzəştləri
31.10.2018 19:06
"Kaş ki, həmişə uşaq qalaydım. Ən böyük dərdim dizimdəki yaram olaydı”. Zaman burulğanında çox şeylər öyrənsək də, hər birimizin daxilində uşaqlıq nostalgiyası yaşayır.

AZXEBER.COM məşhurların uşaqlıq vərdişəri ilə bağlı onların aiə üzvlərinin, dostlarının mətbuatda dərc olunan fikirlərinə əsasən araşdırma yazısını təqdim edir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevi ilk dəfə məktəbə anası, görkəmli ədib Nigar Rəfibəyli aparıb. Rəsul Rza və Nigar Rəfibəyli kimi ədiblərin ailəsində dünyaya göz açan Anarın məktəb həyəcanı nə təhər olubsa, anasından möhkəm yapışıb və onu buraxmırmış. Hətta bir dəfə bəyəndiyi şəkli oğrulayıb da.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin uşaqlığı Lənkəranın Cil kəndində keçib. Riyaziyyat və digər dəqiq elmlərdən əziyyət çəkən gələcək Şeyx humanitar fənlərə meylli imiş. Uşaq yaşlarından ərəb və fars dillərində olan sözləri gözəl tələffüz edirmiş. Rəsmə, təsviri incəsənətə xüsusi maraq göstərib

İkiqat dünya çempionu tituluna sahib olan yeganə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov uşaq yaşlarında futbola xüsusi maraq göstərib. Günün yarıdan çoxunu həyətdə uşaqlarla futbol oynamaqla keçirən Şəhriyar "Real Madrid” komandasının fanatı imiş. Cığallığı da varmış. Top onun olduğu üçün pas ötürməyənləri oyundan çıxarırmış.

Taekvondo üzrə dünya çempionu Füzuli Musayev uşaq yaşlarından idmana meylli olsa da, davakar olmayıb. Yalnız ona sataşanla "haqq-hesab” çürüdərmiş. Gəncədə böyüyən idmançıya ailəsi də dəstək olub. Dostları deyir ki, Fizuli divara yumruq vurmağı sevərmiş. Nə qədər qəribə görünsə də, qarmonda da ifa edərmiş. Kasıb ailədən olan Füzuli iradəsi və əzmkarlığı sayəsində qələbəni ayağına gətirməyi bacarıb.

Xalq artisti Faiq Ağayev uşaq vaxtı çox dəcəl olub. İpə-sapa yatmayan Faiq fiziki cəhətdən cılız görünsə də, davadan qalmazmış. Anası Hacı Səfiyyə xanım mətbuata açıqlamasında bildirir ki, Faiqi o özü üçün dünyaya gətirib.

Xalq artisti Aygün Kazımova uşaqlıqda idmanla məşğul olub. Hələ uşaq yaşlarından tərs olan Aygün iddiasından geri çəkilməzmiş. Valideynləri istəmirmiş ki, Aygün müğənni olsun. Lakin o bu məsələdə təkib edib. Qərarında qəti olan Aygünü valideynləri uzun müddət danışdırmayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol