• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıbala Abutalıbov etirazçıların qarşısına çıxdı, şərt qoydu: "Dayandırın, yığılan pulları, nə qədər edir mən verirəm" - VİDEO

Hacıbala Abutalıbov etirazçıların qarşısına çıxdı, şərt qoydu: "Dayandırın, yığılan pulları, nə qədər edir mən verirəm" - VİDEO
01.11.2018 11:33
Şəxsi maşınlarıyla yük daşıyan sürücülər cərimələrə görə etiraz ediblər.

Anews.az Unikal.org-a istinadən xəbər verir ki, yük daşıyan maşınların sürücüləri oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olanda radara düşürlər və nəticədə 40 manat cərimələnirlər.

Baş nazirin müavini Hacıbala Abutalıbov aksiyaçılarla görüşərək, problemi həll etməyə çalışıb:

"Bu yük maşınları şəhərə girir. Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu ayrıseçkilikdir. Bunlara bu ayın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb? İndi öyrən de də dəqiq. Xahiş edirəm, çünki camaatın içindəyəm.

Hacıbala Abutalıbovun "Qabağınızda ağ çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz!" sözləri narazı sürücülərin alqışları ilə qarşılanıb. Baş nazirin müavini cərimələrin dərhal dayandırılmasını tələb edib:

"Mən sizə deyirəm! Dayandırın yığılan pulları! Mən deyirəm, dayandırın. Ümumi qərar qəbul edək ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra protokollardan başlayaq yığmağa. Nə qədər edir mən verirəm. Amma daha camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur. Bundan başqa bu olmayacaq".
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol