• $
  • €
  • ₽
  • ₺
  • £

Külli miqdarda brilyant qaşın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı

Külli miqdarda brilyant qaşın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı
03.11.2018 16:45
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda brilyant qaşların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Anews.az-a verilən məlumata görə, noyabrın 3-də İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə Respublikası vətəndaşı Ecer Bilal gömrük nəzarət zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. Ecer Bilala məxsus əl yükü 1-ci terminalın gəliş zalında quraşdırılmış rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə, sərnişin saxlanılıb və onun çantası yoxlanılıb. Bu zaman qəhvəyi rəngli dəri bel çantasının alt hissəsinin astarı kəsilərək gizlədilmiş, yapışqan lentlə üzlənmiş 1ədəd kağız büküm və həmin bükümün içərisində 5 ədəd kiçik həcmli polietilen paketlər aşkar olunub. Kiçik həcmli polietilen paketlərə ayrı-ayrılıqda baxış keçirilərkən gömrük nəzarətindən gizlədilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 95 qram olan 2638 ədəd brilyant qaşlar aşkar olunub.

Faktla bağlı araşdıma aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol