• $
  • €
  • ₽
  • ₺
  • £

Zamirə Hacıyeva qızıllarını gizli satmaq istədi - Sensasiya

Zamirə Hacıyeva qızıllarını gizli satmaq istədi - Sensasiya
05.11.2018 09:54
Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı həftəsonu yeni sensasion xəbərlər yayılıb.

Anews.az musavat.com-a istinadən xəbər verir ki, "The Financial Times”, "The Guardian” və digər çoxsaylı Britaniya mediasının xəbərinə görə, Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub. 

Məlum olub ki, həmin zinət əşyaarını Londondakı "Christie’s” hərrac evində satılmaq üçün verilibmiş. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. 

Məlum olub ki, yeddi il əvvəl Britaniyanın Virgin Adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində "Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar cütlüyün "Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Belə bir vəziyyətdə isə Z.Hacıyeva Britaniya polisini aldatmağa cəhd edib. Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq "Boucheron” sapfir boyunbağılar, 20 min funtluq "Magic Alhambra” bilərziyi var.

Milli Kriminalla Mübarizə Agentliyi yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün "Christie’s”ə veribmiş. "Christie’s” əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub. O da məlum olub ki, Zamirə Hacıyevanın bu zinət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdən 320 min avroya alıb. 

Bu xəbərlərin ardınca isə məlum olub ki, Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib.  Bu barədə Almaniyada nəşr olunan "Deutsche Welle” jurnalı məlumat yayıb.

Milli Kriminalla Mübarizə Agentliyinə  istinad edən alman jurnalının məlumatına görə,  Zamirə Hacıyeva məhz zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılıb.

Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır. Onların toyu 2012-ci ilin noyabr ayının 4-də Bakıdakı "Buta” sarayında baş tutub. İlk dəfədir ki, L.Mahmudovanın adı mediada hallanır. Bu əmələ görə ona hansısa cəza verilib-verilməyəcəyi məlum deyil. Zamirə Hacıyevanın kürəkəni Anar Mahmudovun Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri olduğu deyilir. Bakıda təsis edilən "Caspian Crystal” Holdinqə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Anar Mahmudovun bir neçə tikinti şirkəti də var.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol