• $
  • €
  • ₽
  • ₺
  • £

Otellər niyə nikah kağızı istəyirlər? - Səbəb açıqlandı

Otellər niyə nikah kağızı istəyirlər? - Səbəb açıqlandı
05.11.2018 10:11
"Daxili İşlər Nazirliyinin yoxlamaları otelləri nikah kağızı tələb etməyə vadar edir".

Anews.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Lider TV"də Murad Arifin təqdimatında yayımlanan "Status" verilişində hotel rəhbəri Ramin Zamanov deyib. O bildirib ki, otel sahibləri üçün müştərilərin evli olub-olmamasının əhəmiyyəti yoxdur:

"İlk olaraq onu deyim ki, Azərbaycanda heç bir oteldə xarici vətədaşlardan nikah kağızı tələb edilmir. Bu problem yerli əhaliyə aiddir. Hotel bir qayda olaraq müştərilərini qeydiyyata almalıdır. Yəni şəxsiyyət vəsiqəsinin sürətini çıxarıb, otağı həmin şəxsin adına qeydiyyatdan keçirməlidir. Təəssüf ki, vətəndaşlar qeydiyyatdan yayınırlar və buna görə, hətta otağın qiymətinin iki qatını verməyə hazırdılar. Təxminən iki il bundan öncə Azərbaycana belə turist axını yox idi, otellər bizneslərini ayaqda saxlamaq üçün məcbur olub bu yola gedirdilər. Qeydiyyat demək olar ki, aparılmırdı. Daxili İşlər Nazirliyi və digər qurumlar yoxlamalar aparanda məlum olurdu ki, nömrələrin 70 faizində qeydiyyat aparılmayıb. Dərhal tələb edilirdi ki, otaqlar açılsın və yoxlanılsın".

R. Zamanov deyib ki, ümumiyyətlə müştəridən şəxsiyyətini təsdiq edən sənəddən başqa sənəd tələb etmək qanunauyğun deyil: "Amma yoxlamaların sayı artdıqca, məsələnin digər tərəfi qabardıldıqca, bununla mübarizə aparmaq üçün artıq otellərdə nikah sənədi tələb edilməyə başladı. Yoxlamalar hotelləri buna vadar etdi".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol